
Azərbaycanlı hakimlər Serbiyanın matçında
0
Azərbaycanın beynəlxalq dərəcəli hakimləri Ernest və Emil Ağakişi qardaşları Avropa Həndbol Federasiyasından yeni təyinat alıblar.
Sportal.az xəbər verir ki, onlar qadın həndbolçular arasında Avropa çempionatının ikinci qrup mərhələsində keçiriləcək Serbiya - Litva matçını idarə edəcəklər.
Qarşılaşma oktyabrın 16-da Belqraddakı "Vojdovats" arenasında baş tutacaq.



