
Azərbaycanlı futbolçunun komandası həlledici matçda uduzdu
0
Albaniya Superkubokunun qalibi bəlli olub.
Sportal.az xəbər verir ki, titul uğrunda həlledici matçda "Eqnatiya" "Dinamo"(Tirana) ilə üz-üzə gəlib.
Zamiq Əliyevin formasını geyindiyi "Eqnatiya" bu görüşdə uduzub. "Dinamo" 3:1 hesabı ilə qalib gələrək superkubokun sahibi olub.
Millimizdə də oynamış Əliyevin adı matçın iştirak ərizəsinə daxil edilməyib.



