
Azərbaycanlı FİFA referisi matçı idarə etdi, Hollandiya yığması qələbə qazandı
0
FIFA referisi Tural Qurbanov ilk dəfə beynəlxalq oyunda baş hakim kimi idarəçilik edib.
Sportal.az xəbər verir ki, o, U-17-lər arasında Avropa çempionatının seçmə mərhələsinin II raundu çərçivəsində keçirilən Niderland – Belarus matçında (2:1) ədalət təmsilçisi olub.
Qeyd edək ki, digər həmyerlimiz Asiman Əzizli isə köməkçi hakim funksiyasını yerinə yetirib.



