
"Azərbaycana böyük etimadımız var" - FIFA rəsmisi
AFFA-nın XXXIV Hesabat Konfansında FİFA-nın regional meneceri Marion Qavat da iştirak edir.
Sportal.az xəbər verir ki, ali futbol qurumunun rəsmisi Azərbaycanda keçirilmiş "FIFA Series-2026" turnirində təşkilatçılığın yüksək səviyyədə olduğunu deyib:
"Çox xoşdur ki, FIFA Series-2026" turniri Azərbyacanda keçirildi. Təşkilatçılıq yüksək səviyyədə idi. Azərbaycanın millisi turnirdə yüksək standartlar göstərib, uğurlu nəticə qazandı. Sent Lüsiya və Syerre Leona üzərindəki qələbələr münasibətilə Azərbaycan millisini təbrik edirəm. Bu turnirin uğurlu təşkili üçün AFFA-ya təşəkkür edirəm. Özbəkistanla birlikdə keçiriləcək dünya çempionatına görə də təşəkkür edirəm. Ölkənizə böyük etimadımız var. Bütün komandalar görəcək ki, AFFA hər şeyi yüksək səviyyədə təşkil edib. Əminəm ki, bu turniri də yüksək şəkildə təşkil edəcəksiz. "Qarabağ"ın böyük nailiyyəti oldu. Buna görə sizi təbrik edirəm. Sizin üçün tarixi nailiyyətdir. Qadın futbolunda inkişafı da deyə bilərəm. Azərbaycanlı qadın futbolçu Almaniya kimi TOP liqada çıxış edir. Bu da gələcək nəsil üçün yaxşı motivasiyadır. 2025-ci ildə Azərbaycanın qadın millisi Banqladeşdə keçirilən turnirin qalibi oldu. 2027-ci ildə Braziliyada baş tutacaq turnirdə çıxış etməyi hədəfləyirsiz. Uğurlar arzulayıram. Futbola, idmana olan böyük sevginiz var. FIFA tərəfindən maliyyələşdirilən arenalar təmin edilib. AFFA da bundan yararlanıb. AFFA və FIFA arasında yaxşı münasibət var, müsbət əlaqələr qurulub. AFFA rəhbərliyinə və futbol ictimaiyyətinə öz təşəkkürümü bildirirəm. Bu illər ərzində böyük nailiyyətlər əldə etmisiz".
Mirbağırağa



