
"Turan Tovuz" bu göstəricidə liderdir
0
Misli Premyer Liqasının 2024/2025 mövsümündə komandalarının ev oyunlarında orta hesabla iştirak etmiş azarkeş sayı açıqlanıb.
Sportal.az xəbər verir ki, bu barədə AFFA-nın hesabatında məlumat verilib.
Birinci pillədə "Turan Tovuz"dur. Qərb bölgəsi təmsilçisinin ev oyunlarına orta hesabla 4361 azarkeş gəlib.
"Neftçi" (2209) 2-ci, "Sumqayıt" (1858) 3-cüdür. "Qarabağ" (1729) siyahıda 4-cü, "Sabah" (1357) 5-ci, "Şamaxı" (1161) 6-cı,, "Kəpəz" (1033) 7-c, "Zirə" (753) 8-ci, "Səbail" (642) 9-cu, "Araz-Naxçıvan" (256) 10-cudur.



