Azərbaycan Monteneqroya qarşı

Azərbaycan Monteneqroya qarşı

 
0

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti matçına çıxacaq.

Sportal.az xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv C Liqasının 4-cü qrupunda Monteneqro millisinin qonağı olacaq.

Qarşılaşma Nikşiç şəhərində keçiriləcək və oyuna Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.

Millimiz qrupda ilk oyununda Monteneqro ilə Bakıda 0:0 hesabı ilə bərabərə qalmışdı.

PaylaşPaylaş

Şərhlər yüklənir...