
"Azərbaycan millisində əvvəlki ilə müqayisədə irəliləyiş var" - Didye Deşam
Bu gün Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində sonuncu matçına çıxıb. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Fransa yığması ilə qarşılaşıb. Matç qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Fransa yığmasının baş məşqçisi Didye Deşam jurnalistlərin suallarını cavablandırıb:
"Burada məqsədimiz işimizi görmək idi. Birinci hissə çətin oldu. Azərbaycan çox aqressiv davranırdı. Sonda qalib gəldik. Oyunçularla danışdım. Bundan sonrakı matçlara da hazırıq".
- Akliuşun performansı haqda nə fikirləşirsiz?
- Özünə qapanmış biri olsa da, meydana çıxanda irəliləyişlər var. Daha da yaxşı olacaq. Bundan sonra da ondan gözləntilərimiz böyükdür.
- Ekitike və Mateta haqda fikriniz necədir?
- Oyunun gedişində fürsətlər yaranırdı. Onlar da istifadə etməyə çalışırdı. Ümumilikdə oyun yaxşı keçdi. Matetanın qol vurması özü üçün yaxşıdır. Gənc olsa da, özünü yaxşı ifadə edə bilir.
- Matçdan əvvəl görüşün ilk 5 dəqiqəsi bu cür keçəcəyini desəydilər, inanardınız?
- Heç vaxt oyunlara başlayanda belə düşünmürəm. Oyun 90 dəqiqə olur. Təəssüf ki, aqressiv və dinamik komanda ilə qarşılaşdıq. Rəqib qol vurdu, amma sonra vəziyyəti dəyişə bildik. Biz də xoşbəxtlikdən əlimizdən gələni etdik və qələbə qazandıq.
- Turam atası kimi nə qədər qol vura bilər?
- Qol vursaydı, yaxşı olardı. İstedadlıdır. Qol vursaydı, özünəinamı da artardı. Amma belə olmadı.
- 30 il əvvəl futbolçu kimi oynadığınız Azərbaycan millisi və bugünkü Azərbaycan millisini necə müqayisə edərdiz?
- Bütün matçları dəqiqliyi ilə xatırlamıram. Amma bütün dövlətlərin komandalarına hörmətlə yanaşıram. Bugünkü gündə balaca ölkələr də öz üzərində çox işləyirlər. Amma həmişə matçlarda uğur olmur. Lakin işlər gedir. "Qarabağ"ı misal çəkək. Onlar Çempionlar Liqasında oynayırlar, hətta xallar da toplayırlar. Mən rəqibdən asılı olmayaraq, hamıya hörmətlə yanaşıram. Fərq qoymuram.
- Bakı və Azərbaycan haqda fikriniz necədir?
- Fransa buradan uzaqdır. Bakıda əla zaman keçirdik. Stadionda iynə atsaz, yerə düşməzdi. İnsanların coşqusunu hiss etdik. Azərbaycan millisində də əvvəlki ilə müqayisədə irəliləyiş var. Komandada keyfiyyətli oyunçular oynayır. Bunu Ukrayna ilə görüşdə də gördük.
- Fransa millisinin iki qolu sayılmadı. Buna çox etiraz edirdiz. Bu etirazlar hakimin qərarına idi, yoxsa öz oyunçunuza?
- VAR-ın qərarlarına qarşı çıxmıram. Birincisində əl var idi. İkincisində əl olması gözə çarpırdı. Qərarlara hörmət edirəm. İlk dəfə idi ki, bu qədər qollar sayılmır. Bunları qəbul edirəm, oyunun qaydalarıdır. Son olaraq deyim ki, Azərbaycan xalqına qonaqpərvirıliyinə görə təşəkkür edirəm. Sizi tez bir zamanda yenidən görməyəcəm. Yeni ilinizi indidən təbrik edirəm.
Mirbağırağa



