Azərbaycan çempionunun baş məşqçisi Slovakiya yığmasında çalışacaq

Azərbaycan çempionunun baş məşqçisi Slovakiya yığmasında çalışacaq

 
0

"Birbaşa Bakı"nın baş məşqçisi Dan Mariuş Mitu həm də milli komandada işləyəcək.

Sportal.az saytına verilən məlumata görə, Azərbaycan çempionunun çalışdırıcısı Slovakiya yığmasında fəaliyyət göstərəcək.

O, bu ölkənin minifutbol federasiyasından gələn təklifi müsbət qarşılayıb və artıq millidəki işinə başlayıb.

Slovakiya yığmasında da baş məşqçi kimi işləyəcək Mitu "Birbaşa Bakı"nın da məşqlərinə nəzarət edəcək, pley-off oyunları zamanı da ölkəmizdə olacaq.

PaylaşPaylaş

Şərhlər yüklənir...