"Ayaks"ın forvardı "Qarabağ"a qarşı oynamayacaq? -    təcrübəli futbolçu zədələndi

"Ayaks"ın forvardı "Qarabağ"a qarşı oynamayacaq? - təcrübəli futbolçu zədələndi

 
0

Çempionlar Liqasının 6-cı turunda “Qarabağ”la Bakıda keçiriləcək oyundna əvvəl "Ayaks" aparıcı hücumçusunu itirmək təhlükəsi ilə üz-üzədir.

Sportal.az “De Telegraaf”a istinadən xəbər verir ki, Niderland çempionunun forvardı Vaut Veqhorst 15-ci turda Erediviziyanın “Fortuna”(Sittard) klubuna qarşı (3:1) keçirilmiş görüşündə topuq nahiyəsindən zədə alıb.

Veqhorst oyun zamanı əvəzlənib və matça davam edə bilməyib. Onun zədəsinin ciddi olub-olmadığı bu gün dəqiqləşəcək.

Qeyd edək ki, “Qarabağ" - "Ayaks" matçı 10 dekabrda Tofiq Bəhramov adına stadionda keçiriləcək və görüşə saat 21:45-də start veriləcək.

PaylaşPaylaş

Şərhlər yüklənir...