
"Arsenal" və "Real" 19 yaşlı hücumçu ilə maraqlanır
0
"Bayer"in hücumçusu Kristian Kofane karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Arsenal" kamerunlu futbolçunu transfer etmək istəyir. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
"Topçular" Kofaneni yayda heyətə cəlb etməyə çalışacaqlar. Almaniya klubu 19 yaşlı forvardın satışından 60-70 milyon avro gəlir əldə etməyi planlaşdırır.
Gənc oyunçu ilə İngiltərənin daha bir neçə klubu və "Real" da yaxından maraqlanır.
Qeyd edək ki, "Bayer" Kristian Kofaneni mövsümün əvvəlində "Albasete"dən 5,2 milyon avroya transfer edib. Kamerun millisinin üzvü Leverkuzen təmsilçisinin heyətində meydana çıxdığı 39 rəsmi matçda 7 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.



