Ardıcıl 5 penalti dəf edən qolkiper "İnter" yolunda

Ardıcıl 5 penalti dəf edən qolkiper "İnter" yolunda

 
0

“İnter” Bundesliqada ardıcıl 5 penalti zərərsizləşdirmiş qapıçını almaq istəyir.

Sportal.az xəbər verir ki, Milan klubu 23 yaşlı Noah Atuboluya, “Frayburq”un qapıçısına maraq göstərir. “İnter” yayda həyata keçirilə biləcək transfer üçün şərtləri araşdırır. Tərəflər arasında görüşlər və danışıqlar planlaşdırılıb.

Atubolunun “Frayburq”la müqaviləsi 2027-ci ilin yayına qədərdir. Baş məşqçi Julian Nagelsmann Noahı Almaniya millisinin düşərgəsinə də dəvət edib.

Qeyd edək ki, qapıçı ardıcıl 5 penalti zərərsizləşdirərək Almaniya çempionatları üçün rekord müəyyən edib.

PaylaşPaylaş

Şərhlər yüklənir...