
"Araz-Naxçıvan"ın qapıçısı Rumıniyaya qarşı oynayacaq
0
“Araz-Naxçıvan”ın qapıçısı Kristian Avram futbol üzrə Moldova milli komandasına çağırılıb.
Sportal.az xəbər verir ki, o, Moldova millisinin Rumıniya ilə yoldaşlıq görüşü (9 oktyabr) və DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Estoniya ilə (14 oktyabr) oyunlarında iştirak edə bilər.
Qeyd edək ki, Moldova yığması son görüşdə DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Norveçə 11:1 uduzmuşdu.