"Araz-Naxçıvan" braziliyalı ilə gücləndi

"Araz-Naxçıvan" braziliyalı ilə gücləndi

 
0

"Araz-Naxçıvan" futzal klubu heyətinə yeni oyunçu qatıb.

Sportal.az xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

"Araz-Naxçıvan" braziliyalı Elan Delon Pereyra da Silva ilə müqavilə imzalayıb.

24 yaşlı oyunçu karyerası ərzində ölkəsinin "Pumas-SE", "Uniao Bahia-BA" klubları ilə yanaşı, Avstriyanın "Göfis" və Tacikistanın "Soro Kompaniya" komandalarında da çıxış edib.

PaylaşPaylaş

Şərhlər yüklənir...