Almaniyada Dadaşovun möcüzəvi qayıdışına təəccübləniblər:    nə baş verib?

Almaniyada Dadaşovun möcüzəvi qayıdışına təəccübləniblər: nə baş verib?

 
0

Almaniya mətbuatı “Dinamo Berlin”in azərbaycanlı hücumçusu Rüfət Dadaşovun Şimal-Şərq Regional Liqasının 15-ci turunda "Karl Zeyts"ə qarşı (2:3) oyunda meydana çıxmasından təəccüblənib.

Sportal.az “Berliner Kurier”ə istinadən xəbər verir ki, sentyabrda dizindən ciddi zədə alan Rüfətin gözlənilməz qayıdışı vaxtından xeyli əvvəl baş verib. Almanlar Dadaşovun durumu barədə bu cür yazıb:

"Dadaşov həqiqətən də isinmə hərəkətləri zamanı meydanda idi. Amma yaxından izləyən hər kəs Rüfət üçün tamamilə qeyri-adi bir şey gördü: o, topa toxunmadı. Baş məşqçi Kutrieb ehtiyatdakılara göstəriş verəndə, Dadaşov ehtiyat oyunçular skamyasında qaldı. Nə baş verdi? Bəlkə də bu, rəqibi narahat etmək üçün bir addım idi? Oyundan sonra məşqçi vəziyyəti belə izah edib: "Rüfət komanda ilə yalnız bir dəfə məşq etdi. Əgər 1:0 hesabı ilə öndə olsaydıq, yəqin ki, onu iki-üç dəqiqəyə meydana buraxardım. Həmişə müsbət və mənfi tərəfləri də düşünmək lazımdır. Onu meydana buraxmaq yəqin ki, ağılsızlıq olardı. Amma bəzən məşqçinin dəli fikirləri olur. Biz onu mütləq ehtiyat oyunçular skamyasında istəyirdik, çünki o, komanda üçün olduqca vacibdir."

34 yaşlı hücumçu 2013-2019-cu illərdə Azərbaycan millisində 24 matçda meydana çıxıb və 5 qol vurub.

PaylaşPaylaş

Şərhlər yüklənir...