Alisson İtaliyaya qayıda bilər
16:54 - 9 Aprel 2026
"Liverpul"un qapıçısı Alisson Beker İtaliya A Seriyasına qayıda bilər.
Sportal.az xəbər verir ki, "Yuventus" braziliyalı qolkiperi transfer etmək istəyir. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
"Qoca sinyora" Alissona 3 illik müqavilə təklif etməyi planlaşdırır. 33 yaşlı "əlcək sahibi" özü də A Seriyasına qayıtmağa isti yanaşır.
Qeyd edək ki, "Liverpul" Alisson Bekeri 2018-ci ilin yayında "Roma"dan 72 milyon avroya transfer edib. Braziliya millisinin üzvü bu mövsüm Mersisayd təmsilçisinin heyətində meydana çıxdığı 34 rəsmi matçda 36 qol vuraxıb. O, 13 qarşılaşmada qapısını toxunulmaz saxlamağa bacarıb.
Şərhlər (0)
Şərh yazmaq üçün daxil olun
Hələ şərh yoxdur