
"Abubakarın transferi təkcə əsas komanda üçün yox, elə gənc futbolçulara görə də yaxşıdır"
"Neftçi"nin sabiq forvardı Tomislav Mişura Sportal.az saytına açıqlama verib.
O, "ağ-qaralar"ın yeni transferi Vensan Abubakar haqda danışıb.
Bununla yanaşı, sloveniyalı futbolçu "Neftçi"nin Misli Premyer Liqasının 11-ci turunda "Azərbaycan derbisi"ndə "Qarabağ"a məğlubiyyətini şərh edib:
"Neftçi"nin "Qarabağ"a qarşı oyununu izlədim. Əslində, "Neftçi" pis futbol nümayiş etdirmədi. Xüsusilə də, birinci hissədə inamlı oynadılar, "Qarabağ"ın səhvini gözləyirdilər ki, əks-hücuma çıxsınlar, qol vursunlar. "Neftçi" yaxşı oynadı. Hər halda, ikinci hissənin əvvəlində təyin edilən penalti təsirsiz ötüşmədi.
Komandaya Vensan Abubakar kimi güclü forvard gəlib. Məncə, onun gəlişi tək əsas komanda üçün yox, ümumilikdə klub üçün yaxşı addımdır. Xüsusilə də,gənclər üçün yaxşıdır. Ondan çox şey öyrənəcəklər. Buna görə də,onlar adına mən çox xoşbəxtəm. Təbii ki, bəzən nələrinsə reallaşması, hər şeyin daha yaxşı olması üçün zamana ehtiyac olur. İnanıram ki, Abubakarın "Neftçi"dəki işləri daha da yaxşı olacaq, daha uğurlu alınacaq".
Qeyd edək ki, Mişura 2005-2006 mövsümündə "Neftçi"nin əsas hücumçusu olub.
Mirbağırağa



