Abubakar özüylə fiziki hazırlıq üzrə məşqçisini də ölkəmizə gətirib -    "Neftçi"nin hücumçusu xüsusi proqramla hazırlaşır

Abubakar özüylə fiziki hazırlıq üzrə məşqçisini də ölkəmizə gətirib - "Neftçi"nin hücumçusu xüsusi proqramla hazırlaşır

 
0

"Neftçi"yə gəlişiylə klubdakı əhval-ruhiyyəni qaldırmağı bacaran Abubakarla bağlı yeni faktlar ortaya çıxıb.

Sportal.az-ın əldə etdiyi məlumata görə, tanınmış hücumçu özüylə fiziki hazırlıq üzrə məşqçisini də ölkəmizə gətirib. Onun bütün xərclərini Abubakar qarşılayır.

Kamerunlu futbolçu komandanın istirahət günlərində də, klubun bazasına gəlib xüsusi proqramla hazırlaşmağa davam edir.

Qeyd edək ki, "Neftçi"yə yeni gələn Abubakar meydana çıxdığı 4 oyunda 3 qola imza atıb.

PaylaşPaylaş

Şərhlər yüklənir...