10 boksçumuz bürünc medal qazandı

10 boksçumuz bürünc medal qazandı

 
0

Bakıda ənənəvi "Böyük İpək Yolu" beynəlxalq boks turniri davam edir.

Sportal.az xəbər verir ki, kişi boksçular arasında finalçılar müəyyənləşib.

Azərbaycan millisinin 11 idmançısı həlledici görüşə yüksəlib, onlardan səkkizi 4 çəkidə bir-biri ilə üz-üzə gələcək.

50 kq-da Bilalhəbaşi Nəzərov və Sübhan Mamedov, 55 kq-da Amin Məmmədzadə və Zəlimxan Süleymanov, 60 kq-da Məhəmmədəli Aşırəliyev və Tayfur Əliyev, 65 kq-da Zaur Qəhrəmanov və Malik Həsənov, 80 kq-da Seyid Seyidov, 90 kq-da Surət Qarayev və +90 kq-da Məhəmməd Abdullayev çempionluq görüşünə çıxacaq.

Yarımfinalda uduzan Zidan Hünbətov, Məhəmmədəli Qasımzadə, Sərxan Əliyev, Səidcəmşid Cəfərov, Rasim Çobanlı, Həsən Osmanlı, Murad Allahverdiyev və Səbuhi Əlizadə isə turniri bürünc medalla başa vurublar. Bununla komandamızın hesabındakı bürünc mükafatların sayı 10-a çatıb.

Daha əvvəl qadın boksçuların mübarizəsində Günel Rəhimova (51 kq) və Emili Rzayeva (65 kq) da yarışda 3-cü olub. Boks Mərkəzində keçirilən yarışın final döyüşləri bu gün saat 13:00-da start götürəcək.

PaylaşPaylaş

Şərhlər yüklənir...