"Yuventus" "Mançester Yunayted"in futbolçusunu transfer etmək istəyir

"Yuventus" "Mançester Yunayted"in futbolçusunu transfer etmək istəyir

 
0

"Mançester Yunayted"in futbolçusu Antoni karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Yuventus" braziliyalı vingri transfer etmək istəyir. Bu barədə "UOL Esporte" məlumat yayıb.

"Ağ-qaralar" mövsümün ikinci yarısını icarə əsasında "Betis"də keçirmiş Antonini yayda heyətinə qatmağı planlaşdırır. "Yuventus" 25 yaşlı oyunçu üçün "Mançester Yunayted"lə danışıqlara başlayacaq.

Qeyd edək ki, Antoni "Betis"in heyətində meydana çıxdığı 26 rəsmi matçda 9 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Mançester Yunayted"lə müqaviləsi 2027-ci ilin yayına kimidir.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.