
"Turan Tovuz" Türkiyə klubu ilə qarşılaşacaq
0
"Turan Tovuz"un Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı rəqiblərindən biri daha məlum olub.
Sportal.az xəbər verir ki, Tovuz təmsilçisi Türkiyə Birinci Liqa klubu "Çorum"la üz-üzə gələcək.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qarşılaşma iyulun 19-da keçiriləcək.