"Star Cup Azərbaycan"da daha bir finalçı müəyyənləşdi    - FOTOLAR

"Star Cup Azərbaycan"da daha bir finalçı müəyyənləşdi - FOTOLAR

 
0

"Star Cup Azərbaycan" turnirində yarımfinalın daha bir matçı bu gün keçirilib.

Sportal.az xəbər verir ki, jurnalistlərdən ibarət “Yazanlar” komandası şou nümayəndələri və peşəkar futbolçulardan qurulan rəqibini 7:3 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.

Beləliklə, "Yazanlar" həlledici qarşılaşmada dünya və Avropa çempionlarından ibarət “Platinum” komandasına rəqib olub.

Qeyd edək ki, final matçı iyulun 2-də Bakı Su İdmanı Sarayının nəzdindəki Avropa Oyunları Parkınının çimərlik stadionunda baş tutacaq. Oyunun start fiti saat 21:00-da veriləcək.

Əlavə edək ki, oyuna giriş ödənişsizdi.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.