
Azərbaycanlı futbolçu "Dinamo"ya qarşı oynadı
0
Azərbaycanlı hücumçu Vüsal İsgəndərlinin formasını geyindiyi Albaniyanın "Partizani" klubu Şimali Makedoniyadakı təlim-məşq toplanışında növbəti yoldaşlıq oyunu keçirib.
Sportal.az xəbər verir ki, Vüsalın komandası Albaniyanın digər təmsilçisi “Dinamo Siti” ilə qarşılaşıb.
Görüş “Partizani”nin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Vüsal bu matçda meydana start heyətində çıxıb.