"Sabah" ölkə çempionu oldu

"Sabah" ölkə çempionu oldu

 
0

AFFA U-17 Qızlar Liqasında 2024/2025-ci illər mövsümünə yekun vurulub.

Sportal.az xəbər verir ki, “ASK Arena”da keçirilən mövsümün son oyununda “Sabah” “Mingəçevir” üzərində 8:0 hesablı qələbə qazanıb. Beləliklə, “Sabah” 36 xalla mövsümü çempion kimi başa vurub. 30 xalla ikinci yeri tutan “Şəfa” gümüş, hesabına 21 xal yazdıran “Neftçi” isə bürünc medal əldə edib.

Oyundan sonra ilk üç yerin sahibləri medallar və diplomlarla təltif olunublar. Həmçinin fərdi nominasiyalar üzrə qaliblər bəlli olub. “Sabah”ın futbolçusu Aysu Əsədova mövsümün ən yaxşı oyunçusu, “Şəfa”nın üzvü Nərgiz Ağaliyeva ən yaxşı qapıçısı seçilib. Mövsüm ərzində 53 qol vuran “Neftçi”nin oyunçusu Sara Səlimova isə ən məhsuldar futbolçuya verilən mükafata sahib olub.

Mükafatları AFFA-nın Qadın Futbolu Departamentinin rəisi Əminə Həsənova, qadınlardan ibarət A milli komandanın baş məşqçisi Siyasət Əsgərov və 17 yaşadək qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Nərgiz Qurbanova təqdim ediblər.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.