"Bavariya" İngiltərə millisinin üzvünü transfer etmək istəyir

"Bavariya" İngiltərə millisinin üzvünü transfer etmək istəyir

 
0

"Kristal Pelas"ın futbolçusu Ebereçi Eze karyerasını Almaniyada davam etdirə bilər.

Sportal.az xəbər  verir ki, "Bavariya" ingiltərəli hücumameyilli yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə "Mirror" nəşri məlumat yayıb.

Ezenin London klubu ilə  müqaviləsində 80 milyon avroluq sərbəstqalma məbləğği var. "Bavariya" 26 yaşlı oyunçu üçün bu məbləği ödəməyə hazırdır.

Qeyd edək ki, "Kristal  Pelas" Ebereçi Ezeni 2020-ci ilin yayında QPR-dən transfer edib. İngiltərə millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 42 rəsmçi matçda 14 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.