
"Sabah" bu gün "Rapid"lə qarşılaşacaq
0
Bu gün “Sabah” yay toplanışı çərçivəsində ilk yoldaşlıq oyununa çıxacaq.
Sportal.az xəbər verir ki, Valdas Dambrauskasın komandası Sloveniyada Rumıniyanın “Rapid” komandası ilə qarşılaşacaq.
19:30 “Sabah” (Azərbaycan) – “Rapid” (Buxarest, Rumıniya)
Azərbaycan kubokunun sahibi daha sonra Macarıstan “Paksi” ilə növbəti yoldaşlıq görüşü keçirəcək (3 iyul).