
"Milan"dan ayrılan forvard Türkiyədə çıxış edə bilər
0
"Roma"nın forvardı Temmi Abraham "Milan"dan ayrılıb.
Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, ingilis hücumçu icarə əsasında oynadığı "Milan"da qalası olmayıb.
Buna səbəb isə "rossonyerlər"in onu saxlamaq istəməməsidir.
Abraham 2024/2025 mövsümündə "Milan”ın heyətində 45 görüşdə 10 qol vurub, 7 asist edib.
27 yaşlı hücumçunun "Roma" ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. Onun Türkiyə klubları ilə danışıq apardığı və yaxın günlərdə keçidin reallaşa biləcəyi gözlənilir.