Qurban Qurbanov Şimali Makedoniyadan olan jurnalisti Bakıya dəvət etdi

Qurban Qurbanov Şimali Makedoniyadan olan jurnalisti Bakıya dəvət etdi

 
0

Çempionlar Liqasının 3-cü təsnfat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən "Şkendiya" - "Qarabağ" matçından (0:1) sonra maraqlı anlar yaşanıb.

Sportal.az xəbər verir ki, görüşdən sonra təşkil olunan mətbuat konfransında Şimali Makedoniyan olan jurnalistlərdən birini Bakıda oynanılacaq cavab görüşünə dəvət edib.

Belə ki, konfrans zamanı jurnalist Qurban Qurbanovu ardıcıl 12-ci dəfə avrokubokların qrup mərhələsinə vəsiqə qazanmaqları münasibəti ilə təbrik edib. Mütəxəssis isə bu addımına görə jurnalistə belə təşəkkür edib:

"Bizə verdiyiniz dəyərə, hörmətinizə görə təşəkkür edirəm. Sizi Bakıya dəvət edirəm. İmkanınız olarsa Bakıya gəlib, qonağımız olun".

Qeyd edək ki, "Qarabağ" və "Şkendiya" arasında cavab oyunu avqustun 12-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. (Qol.az)

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.