
Tomas Müllerin yeni komandası bəlli oldu - RƏSMİ
0
"Bavariya"dan ayrılan 35 yaşlı Tomas Müller karyerasını Kanadada davam etdirəcək.
Sportal.az xəbər verir ki, klubun mətbuat xidmətinin məlumatına görə, Vankuver Uaytkeps" komandası təcrübəli futbolçu ilə cari mövsümün sonuna kimi müqavilə bağlayıb.
Qeyd edək ki, "Vankuver Uaytkeps" 24 oyundan sonra 45 xalla turnir cədvəlində 2-ci pillədə qərarlaşıb.