
"Qarabağ"dan göndərilən futbolçu Almaniya klubunda - FOTO
0
“Qarabağ”ın sabiq futbolçusu Adama Diakabi karyerasını Almaniyada davam etdirəcək.
Sportal.az xəbər verir ki, fransalı yarımmüdafiəçi “Valdhof Manhaym” klubu ilə anlaşıb.
29 yaşlı futbolçu Almaniya 3-cü Bundesliqa təmsilçisi ilə 1 illik müqaviləyə qol çəkib.
Qeyd edək ki, 2023-2024-ci illərdə “Qarabağ”da oynayıb. Adama karyerası ərzində “Renn”, “Monako”, “Haddersfild”, “Amyen”, “Bandırmaspor” klublarının üzvü olub.