"Nyukasl"dan 40 milyon funt-sterlinqlik transfer

"Nyukasl"dan 40 milyon funt-sterlinqlik transfer

 
0

"Aston Villa"nın futbolçusu Ceykob Remzi Premyer Liqada klubunu dəyişəcək.

Sportal.az xəbər verir ki, "Nyukasl" ingiltərəli yarımmüdafiəçinin keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Sağsağanlar" Remzi üçün onun klubuna 40 milyon funt-sterlinq təzminat ödəyəcək. 24 yaşlı oyunçu"Nyukasl"la 5 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Ceykob Remzi "Aston Villa"nın yetirməsidir. İngiltərə U-21 millisinin sabiq üzvü ötən mövsüm Birmingem təmsilçisinin heyətində meydana çıxdığı 46 rəsmi matçda 4 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.