Donnarumma Premyer Liqa klubu ilə anlaşdı

Donnarumma Premyer Liqa klubu ilə anlaşdı

 
0

PSJ-nin yollarını ayırmaq istədiyi Canluici Donnarumma karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Mançester Siti" italiyalı qolkiperi transfer etmək istəyir. Bu barədə  "La Repubblica" nəşri məlumat yayıb.

"Şəhərlilər"in baş məşqçisi Pep Qvardiola Donnarumma ilə əlaqə saxlayıb və onu komandaya dəvət edib. 26 yaşlı qolkiper "Mançester Siti"nin təklif etdiyi illik 12 milyon avroluq maaşla razılaşıb.

Premyer Liqa nəhəngi İtaliya millisinin üzvünü heyətinə qatmaq üçün Fransa klubu ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, Canluici Donnarumma 2021-ci ilin yayında "Milan"dan ayrıldıqdan sonra azad agent statusu ilə PSJ-yə qoşulub. Onun klubla müqaviləsi gələn ilin yayında başa çatır.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.