"Neftçi" - "Şamaxı" matçının biletləri satışa çıxır

"Neftçi" - "Şamaxı" matçının biletləri satışa çıxır

 
0

Misli Premyer Liqasının 1-ci turu çərçivəsində avqustun 16-sı saat 20:00-da “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Şamaxı” matçının biletləri oyundan bir gün əvvəl satışa çıxarılacaq.

Sportal.az xəbər verir ki, qiyməti 2 (“Şərq 1”, “Şərq 2”, “Forza”, “Qərb 2” sektorları), 3 (“Cənub üst” sektoru), 5 (“Cənub alt” sektoru), 15 (“VIP Silver” sektoru) və 20 (“VIP Gold” sektoru) AZN təşkil edəcək biletləri stadionumuzun kassasından əldə etmək mümkün olacaq.

Kassa avqustun 15-i saat 11:00-dan 18:00-dək, oyun günü isə 11:00-dan oyun saatına qədər işləyəcək.

Qeyd edək ki, mövsümlük biletləri isə onlayn şəkildə “https://bilet.neftchi.az” saytından əldə edə bilərsiniz.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.