"Milan"dan 25 milyon avroluq transfer

"Milan"dan 25 milyon avroluq transfer

 
0

Samuele Ricci yaxın vaxtlarda "Milan" klubuna qoşula bilər.

Sportal.az xəbər verir ki, "Football Italia" nın məlumatına görə,  "rossioneri" "Torino"nun yarımmüdafiəçisini almağa yaxındır.

"Milan" Rikkini transfer etmək üçün 25 milyon avro ödəyəcək. Əlavə olaraq, 5-7 milyon avro bonus şəklində nəzərdə tutulub. Məlumata görə, Rikki ilə müqavilə artıq yanvar ayından razılaşdırılıb: 5 illik müqavilə, mövsüm üçün təxminən 3 milyon avro maaş nəzərdə tutulub.

Bu mövsüm Rikki A Seriyasında 34 oyun keçirib və 1 qol vurub.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.