
"Mançester Siti" futbolçusunu "Tottenhem"ə satmaqdan imtina etdi
0
"Mançester Siti" Savio Moreyranı "Tottenhem"ə buraxmayıb.
Sportal.az xəbər verir ki, "Globo"nun məlumatına görə, London klubu braziliyalı cinah oyunçusu üçün 70 milyon avro təklif etsə də, rədd cavabı alıb. Tərəflər arasındakı danışıqlar davam edir.
Qeyd edək ki, Savio ötən yay "Mançester Siti"yə qoşulub. Keçən mövsüm Premyer Liqada 29 oyuna çıxaraq 1 qol və 8 qol ötürməsi ilə yadda qalıb.