"Fənərbaxça"dan gözlənilməz qərar -    transfer danışıqları dayandı

"Fənərbaxça"dan gözlənilməz qərar - transfer danışıqları dayandı

 
0

Kerem Aktürkoğlunu transfer etmək üçün "Benfika" ilə anlaşan "Fənərbaxça" gözlənilməz qərar verib.

Sportal.az xəbər verir ki, 22,5+2,5 milyon avroluq təklifi qəbul edilən İstanbul nəhəngi fikrini dəyişib. Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

"Fənərbaxça" Portuqaliya klubuna göndərdiyi təklifi geri çəkib. Türkiyə klubunun bu addımından sonra "Benfika" transfer danışıqlarını dayandırıb. 26 yaşlı futbolçunun İstanbula uçuş planı da ləğv olunub.

Qeyd edək ki, Kerem Aktürkoğlu ötən ilin yayında "Qalatasaray"dan "Benfika"ya transfer olunub. Türkiyə millisinin üzvü Lissabon təmsilçisinin heyətində meydana çıxdığı 55 rəsmi matçda 16 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.