
"Mançester Siti" 40 milyon avroya müdafiəçi transfer edir
0
"Mançester Siti" müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, Premyer Liqa nəhəngi "Vulverhempton"da çıxış edən Rayan Ait-Nurini transfer etməyə yaxındır. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Mançester Siti" əlcəzairli sol cinah müdafiəçisi üçün onun klubuna 40 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, Rayan Ait-Nuri ötən mövsüm "Vulverhempton"un heyətində meydana çıxdığı 41 rəsmi matçda 5 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.