
Latviya - Azərbaycan matçının hakimlər briqadası bəlli oldu
0
Azərbaycan milli komandasının iyunun 7-də Latviya yığması ilə keçirəcəyi yoldaşlıq oyununun hakim təyinatları müəyyənləşib.
Sportal.az AFFA-ya istinadən xəbər verir ki, Riqa şəhərində yerləşən “Skonto” stadionunda baş tutacaq görüşü Maltadan olan baş hakim idarə edəcək.
7 iyun
Latviya - Azərbaycan
Skonto stadionu. Saat 17:00
Baş hakim: Trustin Farrugia Cann (Malta)
Baş hakimin köməkçiləri: Luke Portelli, Roberto Vella (hər ikisi Malta)
Dördüncü hakim: Vitālijs Spasjonņikovs (Latviya)