
"Kəpəz" yarımmüdafiəçi transfer etdi - RƏSMİ
0
Yeni mövsüm üçün heyətini komplektləşdirməyə davam edən "Kəpəz" növbəti transferini rəsmiləşdirib.
Sportal.az Gəncə təmsilçisi Donqo Kresus Donaldı heyətinə cəlb edib. Bu barədə klubun mətbuat xidməti məlumatt yayıb.
Fil Dişi Sahilindən olan cinah yarımmüdafiəçisi ilə 1 illik müqavilə imzalanıb.
Donaldın son klubu Belarusun BATE klubu olub.