
"Beşiktaş" "Roma"nın kapitanını transfer etmək istəyir
"Roma"nın kapitanı Lorentso Pelleqrini karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, italiyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Corriere dello Sport" nəşri məlumat yayıb.
İstanbul nəhənginin baş məşqçisi Ule Qunnar Sulşer Pelleqrininin oyunu bəyənir. Norveçli mütəxəssis rəhbərlikdən 29 yaşlı hücumameyilli yarımmüdafiəçinin transferini istəyib.
"Beşiktaş" klubu ilə 1 illik müqaviləsi qalan təcrübəli oyunçunun keçidini qısa müddətdə həll etməyə çalışır.
Qeyd edək ki, "Roma" Lerontso Pelleqrinini 2017-ci ilin yayında "Sassuolo"dan transfer edib. İtaliya millisinin üzvü ötən mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 34 rəsmi matçda 3 qol və 3 qol ötürməsi ilə yadda qalıb.