Fransa millisinin hücumçusu "Nyukasl"a keçə bilər

Fransa millisinin hücumçusu "Nyukasl"a keçə bilər

 
0

PSJ-nin hücumçusu Randal Kolo Muani karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Nyukasl" fransalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

"Leypziq"dən Benjamin Şeşkonu transfer edə biməyən Premyer Liqa klubunun əsas hədəfi Kolo Muanidir. "Nyukasl" artıq 26 yaşlı forvardla danışıqlara başlayıb.

Qeyd edək ki, Randal Kolo Muani ötən mövsümün ikinci yarısında icarə əsasında "Yuventus"un formasını geyinib. Fransa millisinin üzvü A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 22 rəsmi matçda 10 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.