Ehtiram Quliyev: "Turan Tovuz"un qarşısına çempionluq hədəfi qoyulub"

Ehtiram Quliyev: "Turan Tovuz"un qarşısına çempionluq hədəfi qoyulub"

 
0

"Turan Tovuz"un İdarə Heyətinin sədri Ehtiram Quliyev klubun mətbuat xidmətinə bir sıra açıqlamalar verib.

Sportal.az sizi həmin açıqlamalarla tanış edir:

"Təlim-məşq toplanışlarımız çox səmərəli keçdi. Baxmayaraq ki, komandanı tam komplekləşdirmək mümkün olmadı. Çünki istəmədik ki transfer xatirinə transfer edək. Nəzərə alsaq ki, büdcəmiz o qədər də böyük deyil. Əlimizdə olan futbolçularla yüksək səviyyədə hazırlıq keçdik. İlk dəfədir ki, texniki heyətimiz bu qədər güclüdür. Komandaya fiziki hazırlıq mütəxəssisləri cəlb etmişik. Bundan başqa, tibbi personalımızı gücləndirdik.

Əgər azarkeşlərimiz olmasa, bizim Tovuz şəhər stadionunda yer almağımızın mənası yoxdur. Mənim həyat fəlsəfəm onan ibarətdir ki, əgər bir yerdə yarış varsa, orada qalib olmaq da var. Nə qədər çətin, nə qədər mümkünsüz görünsə də, 2025/2026 mövsümünü qalib kimi başa vurmaq istəyirik. Azarkeşlərdən istəyimiz odur ki, klubun və futbolçuların yanında olsunlar, onları dəstəkləsinlər. "Turan Tovuz" klubunun qarşısına çempionluq hədəfi qoyulub.

Yeni futbolçuların transferləri barədə də müzakirələr aparılır. Minimum 2-3 futbolçunun komandaya alınacağını planlaşdırırıq. Komandamız Bakıda da hazırlıq keçəcək. Azarkeşlərimiz rahat olsunlar, komandamız yeni mövsümə var gücü ilə hazırlaşır. Komandaya gəlişimizdən bu yana əsas hədəfimiz infrastrukturu gücləndirməkdir. Lakin düşünmədik ki, Tovuz şəhər stadionu kimin balansındadır və mülkiyyəti kimə qalacaq. Yəni etdiyimiz hər şey "Turan Tovuz"un daha da gücləndirilməsinə hesablanıb. Bu il də layihələrimizi davam etdiririk. Stadionun ot örtüyünün dəyişdirilməsi asan başa gəlmir. Əslində biz bu işi ötən ildən planlaşdırırdıq. Lakin turnir cədvəlində yer aldığımız mövqeyə görə bunu edə bilmədik. Azarkeşlərdən uzaq qalmağa cəsarətimiz çatmadı. Ot örtüyününün dəyişdirilməsi böyük maliyyə tələb edir. Əslində bu prosesə yayın əvvəlində başlayıb, yeni futbol mövsümünün başlanğıcına qədər bitirə bilərdik. Sadəcə ot örtüyünün özünün yetişmə sezonu olur. Məhz buna görə, sentyabrın əvvəlində stadiona təbii ot örtüyünün toxumları səpiləcək. Hazırda orada ciddi işlər gedir. Hava şəraitindən asılı olaraq, oktyabr ayında ot örtüyünün dəyişidirlməsi işləri yekunlaşmalıdır. Mənə məlumatlar gəlir ki, bəzi azarkeşlər gedən işlərlə tanış olmaq üçün tez-tez stadiona baş çəkirlər. Düşünürəm ki, bu il infrastruktur işlərinin ilkin mərhələsini başa vuracağıq".

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.