
"Real" ispaniyalı hücumçu ilə müqavilə imzaladı - RƏSMİ
0
İspaniyanın "Real" klubunda yeni müqavilə qeydə alınıb.
Sportal.az xəbər verir ki, La Liqa nəhəngi Qonsalo Qarsiyanın sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuaat xidməti məlumat yayıb.
21 yaşlı forvardla 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Qonsalo Qarsiya "Real"ın yetirməsidir. Gənc hüücumçu klublararası dünya çempionatında meydana çıxdığı 6 matçda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.