
"Elvin, Toral, Nəriman, Musa, elə Mahir Emreli də belə başlamışdı" - 18 yaşlı futbolçunun ÇL-də debüt etməsi barədə
Çempionlar Liqasının III təsnifat mərhələsində "Şkendiya"nı darmadağın edən "Qarabağ" azarkeşlərə böyük sevinc yaşatdı. Amma bu oyunun diqqət ediləsi daha bir hadisə baş verdi ki, bu da 18 yaşlı Hikmət Cəbrayılzadənin belə mötəbər türnirdə debüt eləməsi oldu.
Sportal.az saytı bununla bağlı U-21 millimizin baş məşqçisi Ayxan Abbasovun fikirlərini öyrənib. Təcrübəli mütəxəssis "Qarabağ"da digər gənclərin məhz belə inkişaf elədiyini deyib:
"Elvin, Toral, Nəriman, Musa, elə Mahir Emreli də belə başlamışdı. Hamısı avrokuboklarda o ab-havanı hiss edərək yetişiblər. Hikmət Cabrayılzadənin bu yaşda Çempionlar Liqasında debüt etməsi onun üçün böyük uğurdu. Çox sevinirəm.
Hikmət yay toplanışını "Qarabağ"ın əsas komandası ilə keçirib. ÇL-də şans alması o deməkdir ki, toplanış zamanı Qurban Qurbanovun diqqətini çəkib. Cəbrayılzadə bizim də nəzərimizdədir. Premyer Liqa oyunlarında da izləyəcəyik onu".