"Əgər mən "Qızıl top"u qazanmağı özüm üçün məqsəd qoysam, hər şey pis gedə bilər"

"Əgər mən "Qızıl top"u qazanmağı özüm üçün məqsəd qoysam, hər şey pis gedə bilər"

 
0

Lamine Yamal "Qızıl top" mükafatı barədə maraqlı fikirlər səsləndirib.

Sportal.az xəbər verir ki, "Barselona"nın vingeri COPE-yə müsahibəsində bunları qeyd edib:

"Bu barədə fikirlərimi özümə saxlayıram. Mən bu mükafat barədə və onu alıb-almayacağım barədə düşünmürəm. Əgər mən "Qızıl top"u qazanmağı özüm üçün məqsəd qoysam, hər şey pis gedə bilər. Mən oyuna və qələbələrə köklənmişəm, əgər buna qismət olsa, bu baş verəcək.

Əgər növbəti mövsümdə Çempionlar Liqasını və dünya çempionatını qazanarsam, bəlkə də bu baş verər. Əsas məsələ prosesi hiss etmək və hər şeyin təbii şəkildə inkişaf etməsinə imkan verməkdir."

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.