De Bruyne çempionla müqavilə imzalayır

De Bruyne çempionla müqavilə imzalayır

 
0

"Mançester Siti"dən ayrılacağını açıqlayan Kevin De Bruyne karyerasını İtaliyada davam etdirəcək.

Sportal.az xəbər verir ki, belçikalı yarımmüdafiəçi A Seriyasının qalibi "Napoli" ilə anlaşıb.. Bu barədə insayder  Fabritsio Romano məlumat yayıb.

De Bruyne İtaliya klubu ilə 3 illik müqavilə imzalayacaq. 33 yaşlı orta xətt oyunçusunun "Napoli"də illik maaşı 6 milyon avro olacaq.

Qeyd edək ki, Kevin  De Bruyne 2015-ci ildən "Mançester Siti"də  çıxış edir. Belçika millisinin üzvü 10 ilə ərzində "şəhərlilər"in heyətində  meydana çıxdığı 421 rəsmi  mmatçda  108 qol və 177 məhsuldar ötürmə ilə yadda qalıb.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.