"Çelsi" hücumçusunu Premyer Liqa klubuna satdı

"Çelsi" hücumçusunu Premyer Liqa klubuna satdı

 
0

"Çelsi"nin hücumçusu Armando Broxa İngiltərədə klubunu dəyişib.

Sportal.az xəbər verir ki, "Börnli" almaniyalı futbolçunu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Premyer Liqaya yüksələn kollektiv Broxa üçün London təmsilçisinə 23 milyon avro təzminat ödəyəcək. 23 yaşlı forvardla 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Armando Broxa "Çelsi"nin yetirməsidir. Albaniya millisinin üzvü ötən mövsüm icarə əsasında "Everton"un formasını geyinib. O, komandanın heyətində meydana çıxdığı 13 rəsmi matçda qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.