"Burada sizə görə deyiləm" -    Luis Enrike ilə xanım jurnalist arasında illərin xoşagəlməz münasibəti

"Burada sizə görə deyiləm" - Luis Enrike ilə xanım jurnalist arasında illərin xoşagəlməz münasibəti

 
0

Hələ "Barselona"da işlədiyi vaxtlardan Luis Enrikenin xanım jurnalist Susana Quaş ilə arasında insident yaşanmışdı. "Atletiko" ilə oyunsonrası mətbuat konfransında özündən çıxan ispan mütəxəssis jurnalistin suallarını çox səthi və qeyri-peşəkar adlandırmışdı.

Sportal.az Bu ikili arasında daha bir olay Luis Enrike "Movistar+" -ə danışarkən baş verib.

- Mən burada Monika Markanteyə görəyəm, həm də sənə görə, Alvaro (Benito). Dəqiq ki, burada sizə görə deyiləm, Susana!

Bunu eşidən Quaş gərginliyi azaltmağa çalışıb.

-Zaman uçur. Görün nə qədər vaxt keçib...

-Mən elə həmin cavanam, nə qədər vaxtın keçdiyini bilmirəm.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.