Belarus yığmasının baş məşqçisi Azərbaycan üzərindəki qələbəni şərh etdi: "Narahat idik"

Belarus yığmasının baş məşqçisi Azərbaycan üzərindəki qələbəni şərh etdi: "Narahat idik"

 
0

Belarusun gənclərdən ibarət yığma komandasının (U-21) baş məşqçisi Vitali Pavlov yoldaşlıq görüşündə Azərbaycan üzərində qazandıqları qələbəni (3:1) şərh edib.

Sportal.az xəbər verir ki, belaruslu mütəxəssis millimizlə görüşdə problemlər yaşadıqlarını açıqlayıb:

“Matçın əvvəllərində bir az narahat idik. Uşaqlardan və onların fiziki hazırlığından narahat idim. Cəmi 24 saat əvvəl komandaya bir neçə futbolçu qoşulmuşdu. Matçın startından sonra isə problemlərin olduğunu gördük. Təbii ki, nəticəni heç kim ləğv etməyib, buna ehtiyac var, amma ilk iş uşaqlara baxmaq idi. Biz qol vurmağa çalışırıq. Çünki oyunu yalnız müdafiədən qursaq, çətin olacaq. Bizim fərdi şəkildə yaxşı səviyyəyə malik oyunçularımız var. Hansı ki, onlar epizodlarda lazımı qərarları verə bilirlər”.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.