Braziliyalı "Neftçi" ilə vidalaşdı: "Mənim üçün şərəf idi"

Braziliyalı "Neftçi" ilə vidalaşdı: "Mənim üçün şərəf idi"

 
0

“Neftçi”dən ayrılan braziliyalı müdafiəçi Yuri Matias komanda ilə vidalaşıb.

Sportal.az xəbər verir ki, o, instaqram hesabında bunları yazıb: “Neftçi" ailəsindən hər kəsi salamlayıram. Artıq vidalaşmağın vaxtıdır. Hər şeyə görə təşəkkür edirəm və hamınıza uğurlar arzulayıram. "Neftçi” karyeramda ən çox oyun keçirdiyim və ən çox qol vurduğum kluba çevrildi. Bu cür tarixi olan klubda oynamaq mənim üçün şərəf idi".

Xatırladaq ki, 30 yaşlı müdafiəçi 2022/2023 mövsümünün əvvəlindən “Neftçi”nin formasını geyinirdi. Bu müddət ərzində braziliyalı 71 oyun keçirib və 10 qol vurub. O, "Neftçi"yə qədər "Amerika", "Akademika", "Traktor", "Qaz Metan", "ÇFR Kluj" klublarında oynamışdı.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.