İspaniyada mövsümün ən yaxşı baş məşqçisi bəlli oldu

İspaniyada mövsümün ən yaxşı baş məşqçisi bəlli oldu

 
0

İspaniyada mövsümün ən yaxşı məşqçisinin adına aydınlıq gəlib.

Sportal.az La Liqanın rəsmi saytına istinadən xəbər verir ki, “Barselona”nın baş məşqçisi Hans-Diter Flik Primeranın 2024/25 mövsümünün ən yaxşı məşqçisi seçilib.

Alman mütəxəssis debüt mövsümündə çempionluq əldə edib. Bununla yanaşı, Flik İspaniyada bunu edən ikinci alman kimi tarixə düşüb. Kataloniyalılar 88 xal toplayıb və vaxtından əvvəl titul qazanaraq "Real”ı 4 xal qabaqlayıblar.Bundan başqa Xose Bordalas (“Xetafe”), Manolo Qonzales (“Espanyol”), Manuel Pelleqrini (“Betis”), Mişel (“Jirona”), Ernesto Valverde (“Atletik”) və Dieqo Simeone (“Atletiko”) namizəd idi.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.